Deputat Afəti müdafiə etdi: “Nəsimi də müqəddəs imiş“

saytların hazırlanması

Evə çatdırılma

Deputat Afəti müdafiə etdi: “Nəsimi də müqəddəs imiş“

Şou

25 Fevral 2019 14:57 1051


“Biri Nəsiminin qəzəlini fərqli bir üslubda oxuyub: bunu sənət baxımından ya bəyənərsən, ya da bəyənməzsən”.

"Yeni Sabah" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa öz feysbuk səhifəsində qeyd edib.

Millət vəkili bildirib ki, müdrik bir görünüşlə "Nəsiminin qəzəlini belə oxumaq olmaz!" qadağasını səsləndirmənin özü anormallıqdır: “Nəsimi də müqəddəs imiş. Müqəddəs olduğuna görə onun qəzəlinə istədiyin kimi musiqi bəstələyib oxuya bilməzsən. Bu necə məmləkət, İlahi! Xalq mahnılarını fərqli üslublarda ifa edənləri o zaman musiqi tarixindən silməliyik. Axı xalq Nəsimidən də müqəddəsdir! Onun mahnılarını heç təhrif etmək olmaz. Xeyli yobazlar var ki, dində birilərini müqəddəsləşdirib, qətiyyən təftiş, tənqid etmək olmaz. Bir sürü yobaz birilərini qəhrəman olaraq beyinlərinə yerləşdiriblər, təftiş və tənqid olmaz. Bir yığın yobaz bir şairi, bir yazarı müqəddəsləşdirib, qətiyyən əleyhinə bir söz yaza bilməzsən. Bu nə məntiqsizlikdir, bu nə antidemokratik anlayışdır cəmiyyətimizdə tüğyan edir. Sənət baxımından bəyənmə, vəssalam”. Pepperoni pizza

F.Mustafa vurğulayıb ki, Vaqif Mustafazadə muğamla cazı sintez edəndə də belə deyirdilər:

“Rəsul Rza sərbəst şeir yazanda da bunun hecayla uyğun gəlmədiyini söyləyirdilər. Səttar Bəhlulzadəyə də dodaq büzürdülər. Buraxın sənətdə adamlar öz təqdimatlarını etsinlər, onsuz da sənət adına nəyin qalıb-qalmayacağını əlahəzrət zaman ən sonda yoluna qoyacaqdır”.

Qeyd edək ki, müğənni Afətin Nəsiminin “Məndə sığar...” qəzəlini məşhur “Pəncu-şeş” hind mahnısının musiqisi ilə oxuması ciddi tənqid edilir. Müğənni Afət qəzəlin sözlərini də təhrif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!