"Azərbaycanda ölüm hökmü ləğv edilməyib. Sadəcə, tətbiqinə moratorium qoyulub".
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
O bildirib: “Əvvəllər vətənə xəyanətlə bağlı qanun maddəsi var idi. Sonradan “dövlətə xəyanət” adlandırıldı. Çünki “vətən” sözündən sui-istifadə halları həmişə olur. Elə “dövlətə xəyanət” sözündən də bəzən istifadə edirlər, müxalifəti bunda günahlandırır, ölüm cəzası verirlər. Toyuqlu pizza
Azərbaycanda ölüm hökmü ləğv edilməyib. Sadəcə, tətbiqinə moratorium qoyulub. Yəni dayandırılıb, təxirə salınıb. Cinayət Məcəlləsinin müəyyən maddələrində ölüm hökmü var. Çox ağır, şəxsiyyət əleyhinə, eyni zamanda dövlət əleyhinə cinayətlər mövcuddur. Amma çoxu bu məsələyə həssaslıqla yanaşılır. Şəxsə qarşı dərhal ölüm hökmü icra olunmamalıdır”.
Deputatın sözlərinə görə, Azərbaycanda ölüm hökmünün bərpası dünyada düzgün başa düşülməz: “Xüsusən dövlətə xəyanət maddəsi yayğındır. Bununla siyasi rəqibi də sıradan çıxarmaq mümkündür. Yəni bəzən sui-istifadə halına çevrilə bilər. Ona görə də ömürlük həbs cəzasının daha uyğun olduğunu düşünürəm.
Təkrar edirəm, ehtiyac olarsa, ölüm hökmləri müharibə dövründə icra oluna bilər. Konstitusiyada xüsusi maddə var. Həmin maddəyə görə, Azərbaycanda ölüm hökmü hələ qüvvədədir. İcrası dayandırıldığından tətbiq olunmur. Dövlətə, vətənə xəyanət məsələlərində hələlik ölüm cəzasının tətbiqinin əleyhinəyəm. Ən azından icrası tez baş verməməlidir”.
Telegram kanalımız