“Dəm qazından insanlar dünyasını dəyişir. Bunun günahı 50 faiz insanlarda olsa da, 50 faizi də “Azəriqaz” İstehsalat Birliyindədir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elmira Axundova deyib. E.Axoundova bildirib ki, bu məsələnin tənzimlənməsinə ehtiyac var:
“Mən ömrüm boyu köhnə binalarda yaşamışam. Ona görə də bu gün də “mavi yanacağ”ın həmin ərazilərə necə verildiyini bilirəm. Gecənin bir vaxtında qazı kəsirlər, günorta birdən- birə də kəsirlər. Qazın kəsilməsi ilə bağlı isə “Azəriqaz” heç bir məlumat vermir. Bu da sonda faciə ilə nəticələnir”.
Xanım deputat bununla bağlı “Azəriqaz” və SOCAR-a müraciət edərək dəm qazı ilə bağlı xəbərdarlıq cihazlarının yerləşdirilməsinin vacib olduğunu deyib. (cebhe.info)
Telegram kanalımız