Bakıdakı İran səfirinə xüsusi göstəriş verilib.
Yenisabah.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Mahmud Abbaszadə Meşkini bildirib.
O, sosial şəbəkə hesabında yaydığı videoda İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhaninin "Qarabağ ermənilərinin hüquqları" barədə açıqlamasına münasibət bildirib. pizza sifarişi
M. Abbazsadə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirən bu açıqlama ilə bağlı İran XİN-də nazir müavini ilə söhbət apardığını qeyd edib. Deputat nazir müavininin kimliyini dəqiqləşdirməyib. Lakin həmin söhbət zamanı İran rəsmisinin Azərbaycan XİN-in iradlarını haqlı saydığını dilə gətirib.
Parlamentarinin sözlərinə görə, M. Sobhaninin qərəzli açıqlaması ilə bağlı vəziyyətə aydınlıq gətirmək, səfirin səhvini düzəltmək İranın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinə hörmətlə yanaşdığını bir daha xatırlatmaq üçün İslam Respublikasının bakıdakı səfiri Abbas Musəviyə xüsusi tapşırıq verilib. Onun üzərinə rəsmi Tehranın mövqeyini Azərbaycan səlahiyyətlilərinə çatdırmaqla öhdəli qoyulub.
Telegram kanalımız