2 ukraynalı müğənni Maks Barskix və Tina Karol anti-Azərbaycan bəyanatları verdiyindən Bakıda keçiriləcək konsertləri ləğv olunub. Rusiya-Ukrayna müharibəsində Azərbaycanın Ukrayanaya siyasi-humanitar dəstəyinə baxmayaraq, bu cür mövqeyin sərgilənməsi məyusluq doğurur.
Yenisabah.az-a açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib ki, Ermənistanın 30 ildən də artıq Azərbaycana qarşı əsassız ərazi iddiaları, işğalçılıq siyasəti və ölkəmizə qarşı təcavüzü dünyada aydın təsəvvürlər yaradıb:
“Təəssüf ki, bunun tam əksini iddia edənlər tapılır. Halbuki dövlətimiz həmişə digər dövlətlərin ərazi bütövlüyünə həssas yanaşıb. Sezar pizza
Ukraynada bəzilərinin Ermənistana guya təcavüzün baş verdiyini dilə gətirməsi təsadüfi deyil. Bu, onlara Qərbin çox böyük təsiri olduğunu sübut edir. Qərbin ərsəyə gətirdiyi informasiya kontenti də Ukraynada ictimai şüura öz təsirini göstərir.
Bu gün Qərbin yenə də hər iki dövlətin münasibətlərində ədalətsiz mövqe nümayiş etdiyini görürük. ABŞ Nümayəndələr Palatası spikerinin Ermənistanda səsləndirdiyi fikir əksər ölkələrdə, həmçinin Ukraynanın ictimai fikrində əksini tapıb. Təbii ki, bu nüans çox böyük məyusluq doğurur".
İmamət İSMAYILOVA
Telegram kanalımız