Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara qəzəbləndi - Video

saytların hazırlanması

Evə çatdırılma

Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara qəzəbləndi - Video

Siyasət

16 Dekabr 2025 20:20 1168


"Hanısa marionet ünsürün həbsi heç bir formada geosiyasi mahiyyət kəsb etmir. Əksinə, cinayətkarlıqla mübarizə ancaq alqışlana bilər".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müdafiəsinə qalxanları tənqid edərkən bildirib.

Millət vəkili vurğulayıb ki, bu həbsləri pisləyən bəzi dairələr əslində Rusiyanın kəşfiyyat şəbəkəsinin maraqlarına xidmət edir və yaradılan ajiotaj AXCP-nin özünün ifşasına səbəb olur. Toyuqlu pizza

Bəhruz Məhərrəmov sıravi AXCP üzvlərinə müraciət edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımayan, işğala və təcavüzə dəstək vermiş, hazırda isə sülh prosesinə mane olmağa çalışan xarici təsisat və media qurumlarının AXCP sədri Əli Kərimlini müdafiə etməsi düşündürücü olmalıdır.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!