Deputat Etibar Əliyevdən yeni açıqlama:   “Hansısa nadan...“

saytların hazırlanması

Evə çatdırılma

Deputat Etibar Əliyevdən yeni açıqlama: “Hansısa nadan...“

Siyasət

19 May 2021 13:53 967


“Mən “Facebook”a gələndə məqsədim burada təhsil, həmçinin elm sahəsində yeniliklərlə bağlı bilgiləri paylaşmaq və elmi-nəzəri müzakirə mühiti yaratmaq olub. Səhifəmi izləyənlər bunu yaxşı bilirlər. Mənim bu tələbim kimə uyğundursa, onların dostuğumda qalmasına sevinirəm. Lakin bu mühiti bayağılaşdırmaq istəyən və müxtəlif bəhanələrlə qeyri-ciddi müzakirələrə üstünlük verməyə çalışanlar məhz bu yersiz şivəni qoparanlardır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri etdiyi paylaşım iki gündür müzakirə mövzusu olan millət vəkili Eitbar Əliyev deyib. O qeyd edib ki, feysbukda yaratmağa çalışdığı mühiti korlamaq istəyənlər dostluqdan çıxmaqla özlərinə yaxşılıq etmiş olurlar:

“Amma yenə də mənim üçün düşünən, öyrənmək istəyən bilgilərini öyrətməyə çalışan insanların rəyi önəmlidir. Bu insanlara salam olsun deyirəm. Bu məsələ mənim deputat fəaliyyətimlə bağlı məsələ deyil. İstənilən Azərbaycan vətəndaşı, xüsusilə də seçicilər məktub və görüşlər vasitəsilə istənilən şikayət, irad tənqid və təkliflərini mənə göndərə bilərlər. Mən də gücüm çatan səviyyədə bu məsələrin həllinə çalışıram və çalışacağam. Bir məsləni də qeyd edim ki, mən yazdığım statusda münasibət bildirməkdən bəhs edirəm. Hansısa nadan isə "bəyənmək" sözünü gündəmə gətirib ictimai rəyi çaşdırmağa çalışır. Münasibət müsbət də ola bilər, mənfi də. Mənim özüm də bu rəylərdən faydalana bilərəm”. pizza hut

Deputat vurğulayıb ki, hər bir status üçün xeyli əziyyət çəkməli olursan və düşünürsən ki, bundan valideynlər, şagirdlər,  tələbələr, ümumiyyətlə, düşünən insanlar faydalanacaq:

“Bütün bunların hamısının mənim deputat fəaliyyətimə heç bir aidiyyatı yoxdur. Mən təklif etmişəm: kim özünü hədsiz savadlı hesab edirsə, kənarda dura bilər və bununla başqalarına maneçilik törətməz. Necə ki əvvələrdə bir çoxlarını məhz bu keyfiyyətlərinə görə dostluqdan çıxarmışam. İş burasındadır ki, mən çıxaranda adamlar düşmənə çevrilirlər, ancaq özləri könüllü çıxanda ortada inciklik qalmır. Anlayanlar üçün məsələnin izahı bu qədər bəsit. Anlamayanlara Allah kömək olsun!”.

Xatrladaq ki, ötən gün Milli Məclisin Təhsil komitəsinin üzvü Etibar Əliyevin “Facebook” dostları ilə bağlı etdiyi paylaşım birmənalı qarşılanmamışdı. Deputatın yazılarına reaksiya verməyən izləyicilərini vicdansız adlandırması onu əksəriyyətin gülüş hədəfinə çevirdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!