Komitə sədri “İdrak”dakı hadisə barədə: “Heç bir məntiqə sığmır”

saytların hazırlanması

Evə çatdırılma

Komitə sədri “İdrak”dakı hadisə barədə: “Heç bir məntiqə sığmır”

Sosial

06 Fevral 2026 16:50 648


“Bu insident ibrətamiz bir məsələ üzərində hamımızı ciddi şəkildə düşünməyə vadar edir”.

Bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

O, “İdrak” liseyində yaşanan hadisəni belə şərh edib: Sezar pizza

“Söhbət birbaşa məktəblərin təhlükəsizliyindən və uşaqların məktəbə silahla gələ bilməsi kimi son dərəcə ciddi bir problemdən gedir. Məncə, həm istintaq orqanları, həm də cəmiyyətin bu sahədə təcrübəli nümayəndələri, təhsil ekspertləri mövqelərini açıq şəkildə bildirməli, çıxış yolları axtarmalıdırlar”.

Deputat bildirib ki,  məktəblərin bu cür vəziyyətdə olması heç bir məntiqə və təhlükəsizlik anlayışına sığmır:

“Bu hadisə eyni zamanda sabah və daha sonrakı günlərdə nələrin baş verə biləcəyi ilə bağlı hamımızda ciddi narahatlıq yaradır. Məsələnin mahiyyəti ilə bağlı dərin və hərtərəfli araşdırmalar başa çatdıqdan sonra, yəqin ki, bir çox məqamlar daha aydın şəkildə üzə çıxacaq və onda daha dəqiq qiymətləndirmə vermək mümkün olacaq”.

Xatırlatma: bu gün “İdrak” liseyinin şagirdi müəllimi güllələyib. 10-cu sinif şagirdi 1997-ci il təvəllüdlü riyaziyyat müəllimi Şəhla Kamilovaya atəş açıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!