Deputat İrəvana getdi

saytların hazırlanması

Evə çatdırılma

Deputat İrəvana getdi

Rəsmi

29 Mart 2019 23:03 979


Martın 28-də Ermənistanın paytaxtı İrəvan şəhərində Avropa İttifaqı-Şərq Tərəfdaşlığı formatı platformalarından biri olan Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlər Konfransının 14-cü Büro toplantısı başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, CORLEAP-ın Bürosunun üzvü Anar İbrahimov Ermənistanın paytaxtı İrəvan şəhərində səfərdə olaraq qurumun toplantısında iştirak edib.

Deputat Azərbaycanın qədim və tarixi diyarı, İrəvan xanlığının mərkəzi olan eyniadlı şəhərdəki Göy məscidi də ziyarət edib. Anar İbrahimov bununla bağlı özünün sosial şəbəkə hesabında fotolar paylaşıb. A. İbrahimov yazıb ki, bu gün fürsət tapıb İrəvanda Göy Məscidi ziyarət edib: “1766-cı ildə İrəvan Xanı Hüseynəli xanın tikdirdiyi Göy Məscid şəhərin türk-islam siyasi, dini və mədəni irsindən qalan yeganə yadigarımızdı. Ziyarət və ibadət etdim. Allah təalanın tanıdığı bu fürsətə görə min şükür! İnşallah illər sonra da İrəvanın mərkəzində yerləşən bu abidə millətimizin şanlı keçmişinin işarəsi kimi hər zaman bizləri özümüzə və özgələrə xatırlatmağa davam edəcək”. Toyuqlu pizza

ONA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!