Deputat karantin qaydalarını pozdu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Deputat karantin qaydalarını pozdu - Foto

Siyasət

03 Yanvar 2022 17:54 3895


Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozub. 

Yenisabah.az xəbər verir ki, deputat Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydaları kobud şəkildə pozaraq, İmişli rayonunda təşkil olunan yas mərasimlərində iştirak edib. 

Belə ki, deputat bir neçə yas mərasiminə qatıldığını özünün sosial şəbəkə hesabında yazıb. pizza mizza

Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri istisna olmaqla, açıq və qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağandır.

Xatırladaq ki, Milli Məclisin sonuncu plenar iclaslarından birində (14 dekabr) R.Nurullayev çıxışı zamanı yas mərasimlərinin keçirilməsinə icazə verilməsini istəyib:

“Mənə müraciət edən onlarla din xadimləri adından Operativ Qərargahdan bu məsələyə də operativ baxılmasını istəyirəm”.

Yəni, bu çıxış onu göstərir ki, deputat yas mərasimləri ilə bağlı qadağadan, yumşaq desək, xəbərdardır.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!