Deputat məcburi köçkünlərin mənzil problemindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Deputat məcburi köçkünlərin mənzil problemindən danışdı

Siyasət

17 Mart 2023 13:29 698


“Mən məcburi köçkünlərə evlərin verilməsinin dayandırılması barədə qərarın həm də siyasi məqsəd daşıdığını anlayıram. Ancaq hesab edirəm ki, həmin evlərin müvəqqəti olaraq məcburi köçkünlərə verilməsi məsələsi nəzərdən keçirilə bilər”. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

“Düşünürəm ki, həmin insanlar doğma yurda tam qayıtdıqdan sonra yeni qərarlar qəbul edə bilərik. Eyni zamanda, bəzi qaçqın şəhərciklərində bağça və tibb məntəqələri hələ də fəaliyyət göstərmir. Bəli, Böyük Qayıdış prosesi sürətlə gedir. Ancaq düşünürəm, bu məsələ də xüsusi diqqətdə saxlanılmalıdır. Bu gün bəzi məcburi köçkün vətəndaşlarımız yaşadıqları kəndlərdə qazla bağlı problemlər var”, - deputat bildirib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!