Deputat Müşfiq Cəfərov: “Kirayə qalmağa məcburam”

saytların hazırlanması

Evə çatdırılma

Deputat Müşfiq Cəfərov: “Kirayə qalmağa məcburam”

Siyasət

18 Noyabr 2021 18:03 1791


Xəbər verdiyimiz kimi, Milli Məclisin kirayədə yaşayan deputatlarının adları məlum olub.

Yenisabah.az xəbər verir ki, Bakupost.az həmin deputatların bəziləri ilə əlaqə saxlayıb.

Millət vəkili Müşfiq Cəfərov kirayə qalmasının səbəbini belə açıqlayıb: pizza

“Hazırda ailəmlə Gəncədə yaşayıram. Təbii ki, işlə əlaqədar tez-tez Bakıya səfər edirəm. Bakıda da evim olmadığı üçün Milli Məclisə kirayə pulu üçün müraciət etmişəm. Seçildiyim gündən aidiyyəti qurumlar tərəfindən evimizin olmadığını təsdiq edən arayış əsasında kirayə haqqı ödənilir”.

M. Cəfərov deyib ki, mənzillərin qiymətləri baha olduğundan kirayədə qalmağa məcbur olub:

“Bizim o əməkhaqqı ilə ev almağımız reallığı əks etdirmir. Buna görə də o barədə heç düşünmürəm. Sosial şəbəkələrdə yayılır ki, guya, deputatlar 5000-7000 maaş alır. Bu həqiqəti əks etdirmir. Millət vəkilləri 1500-1700 manat maaş alırlar.

Əlbəttə, müharibədən çıxmış ölkəyik. Bu gün işğaldan azad edilmiş torpaqların yenidənqurma və bərpası haqqında əməli işlər görülür. Tezliklə həmin ərazilərin bərpasını və keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmalarını arzulayırıq. Bu məsələlər öz həllini tapandan sonra ev məsələmiz də öz həllini tapar”.

Siyahıda olan digər millət vəkili Naqif Həmzəyev isə bu məsələylə bağlı danışmaq istəmədiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    MƏN HEÇ İNANMIRAMKİ SİZİ XALQ SEÇİB. NECƏ OLURKİ 40 İLİN MÜƏLLİMİYƏM. 350 MAN. PENSİYA ALIRAM. ANCAQ SƏMƏRƏLİ QAYĞILARI OLMAYAN , İŞİ YALNIZ QANUNLARA HƏ DEMƏK OLAN deputat xalqdan ÇOX maaş alır?
    4 years ago