Türkiyənin Daxili işlər naziri Süleyman Soylu qatıldığı televiziya proqramında qaçqın problemi ilə bağlı açıqlamalar verib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Daxili İşlər naziri Süleyman Soylunun açıqlamalarına sərt reaksiya verən Türkiyə Böyük Millət Məclisinin üzvü, Zəfər Partiyasının lideri Ümit Özdağ nazirin hədəfinə tuş gəlib. Süleyman Soylu deputatı "heyvandan aşağı varlıq" adlandırıb. Nazir Özdağın "Sorosun uşağı" olduğunu deyib.
Bu açıqlamadan sonra partiya sədri DİN başçısına mesaj göndərərək, onu duelə çağırıb: "Bu gün saat 11-də nazirliyin qarşısında olacam. Tək və silahsız gələcəm. Kişiliyin çatırsa, gəl danışaq. Mənimlə görüşməyə cəsarət etməsən, səni başqa yerdə taparam”. Dominos pizza
Nəzrin Vahid
Telegram kanalımız