“Siyasi sistemimizin təkmilləşdirilməsi məqsədilə Azərbaycan dövlətinin ardıcıl olaraq demokratik priniplərə uyğun, beynəlxalq təcrübələr nəzərə alınmaqla məqsədyönlü işlər aparılmaqdadır. Son illərdə Prezident Əliyevin təşəbbüsü ilə mövcud siyasi dialoqun həyata keçiriliməsi nəticəsində siyasi partiyalar arasında milli məsələlərdəki birliyin təşkil olunması mühüm rol oynayır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O, Azərbaycandakı siyasi mədəniyyət anlayışından, habelə siyasi mübarizəni şəxsi ədavətə çevirən bəzi partiyalardan söz açıb: Sezar pizza
“Siyasi partiyalar arasındakı münasibətlərdə sivil yolla və rəqabətin yalnız siyasi arenada aparılması istiqamətində bir fikir formalaşıb. O cümlədən bu, bir neçə siyasi partiyanı çıxmaq şərti ilə bütövlükdə siyasi partiyaların qarşılıqlı dialoq şəklində siyasi arenada bir-birilərinə rəqib gözüylə baxması siyasi dialoqun məntiqi nəticəsidir.
Özünü “Milli Şura” adlandıranlar istənilən məsələdə xalqımıza və dövlətimizə qarşı xəyanətkar bir mövqe tutublar. Onlar milli məsələlərin heç birində həmrəylik nümayiş etdirmədilər. Təəssüf, bu marginal qruplaşma məhz digər siyasi partiyaları siyasi meydanda rəqib kimi görmür, əksinə, onlara qarşı düşmənçilik mövqeyi bəsləyir.
Onların tapşırığı da elə daxildə anti-Azərbaycan siyasətini yürütməkdir. Elə bir neçə aydır ki, Azərbaycana qarşı ermənipərəst dairələr qərəzli mövqedən çıxış və qətnamələr qəbul edirlər.
2 ildən çoxdur ki, Fransa Azərbaycana qarşı əsassız itithamlar səsləndirir. Eyni zamanda, İrandakı molla rejiminin Azərbaycana qarşı mövqeyini görürük. O xəyanətkarlar şurasında birləşənlər bununla bağlı ya Fransaya, ya da İrana qarşı hər hansı bir etiraz etmirlər. Tam əksinə, bunu da elə Azərbaycan hakimiyyətinin üzərinə atırlar ki, guya aparılan siyasətin nəticəsidir ki, Fransa hakimiyyəti və molla rejimi bu gün Azərbaycana qənim kəsilib”.
Milli Məclis üzvünün fikrincə, Azərbaycan dövlətinin yürütdüyü siyasət açıqdır:
“Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq münasibətləri qurmaq siyasətini açıq şəkildə həyata keçirir. Lakin həmin qüvvələr Azərbaycana düşmən mövqeyindən baxış edirlər. Onlar elə bugünkü Fransa hakimiyyətinin və molla rejiminin gözü ilə Azərbaycana baxırlar. Yəni Azərbaycanda olan bütün siyasi partiyalara həmin xəyanətkar şurasının üzvləri siyasi rəqib kimi deyil, düşmən kimi baxırlar. Onlar təkcə dövlətimizə qarşı deyil, bütövlükdə xalqımıza qarşı da xəyanət yolu tutmuş qüvvələrdir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız