Deputat problemlə bağlı prezidentə çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Deputat problemlə bağlı prezidentə çağırış etdi

İqtisadiyyat

12 Fevral 2019 17:34 1115


Deputat Əli Məsimli ölkədə minimum əməkhaqqının qaldırılmasından sonra bəzi işbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımının baş verməsindən narahatlığını dilə gətirib. 

Deputat əvvəlcə minimum əməkhaqqının artırılması məsələsini müsbət qiymətləndirib: “Bu əməkhaqqı hələ martın 1-dən tətbiq ediləcək. Ancaq indidən bazarlarda ərzaq, xüsusilə də, süd məhsullarıının qiyməti qalxıb. Gələn ay Novruz bayramı olacaq. Bu ərəfədə də işbazlar qiymət qaldıra bilərlər. Artıq bunun işartıları görünür. Ona görə də aidiyyatı strukturlar bu məsələni diqqətdə saxlamalıdırlar”.

Millət vəkili Vahid Əhmədov isə çıxışında banklar və problemli kreditlər məsələsini qaldırıb. O qeyd edib ki, bu gün məhkəmələrdə kreditlərlə bağlı 200 mindən artıq iş var: “Bunların da böyük əksəriyyəti dollar kreditləri ilə bağlıdır. Prezident əmanətlərin tam sığortalanması haqqında qanunun müddətini bir il uzatdı. Mən çox istərdim ki, cənab prezident bu məsələni də nəzarətinə götürüb, problemin həlli üçün qərar verərdi”.  pizza mizza

Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!