Ermənistan parlamentinin bu günkü toplantısında 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı etnik zəmində təzyiqlərin göstərildiyi ilə bağlı saxta bəyanatlar səslənib.
Ermənistanın bu dəfə də yanvar faciəsini erməni faciəsi kimi təqdim etməsi rəsmi İrəvanın böhtan siyasətindən imtina etmək niyyətində olmamasının əyani isbatı sayıla bilərmi? Bu faktın özü Ermənistanın yalan, böhtan siyasətinə qarşı daha sistemli mübarizənin ortaya qoyulmasını zəruri etmirmi?
Millət vəkili Asim Mollazadə Azərbaycanın öncə erməni hərbi cinayətkarlarının cəzalandırılması istiqamətində ciddi addımlar atması gərəkdiyini vurğuladı: pizza mizza
“Biz ilk növbədə tələb etməliyik ki, uşaq qatilləri, Xocalıda mülki əhalini qətlə yetirən hərbi cinayətkarlar beynəlxalq hərbi tribnuala cəlb edilsin. Hansı ki, bu şəxslərin bəziləri Ermənistan tərəfindən həbs edilib və ya barələrində istintaq aparılır. Ermənistan tərəfi onları ermənilərin qanını tökməkdə ittiham edir.
Azərbaycanda xalqımıza qarşı hərbi cinayətlər törətmiş bir çox erməni ilə bağlı cinayət işi var. Çox istərdim ki, Azərbaycanın Hərbi Prokurorluğu bu şəxslər üzərində Beynəlxalq Hərbi Tribunalın formalaşmasına nail olsun. Mülki insanlara qarşı hərbi cinayətlər törətmiş Koçaryanlar, Sərkisyanlar, Ohanyanlar beynəlxalq məhkəmə qarşısında cavab versinlər”.
Telegram kanalımız