Deputat şəhid ailəsinə yardım adı ilə bunları göndərdi – Duş geli, şampun…

saytların hazırlanması

Evə çatdırılma

Deputat şəhid ailəsinə yardım adı ilə bunları göndərdi – Duş geli, şampun…

Xalqın səsi

19 Noyabr 2020 10:58 2320


İkinci Qarabağ savaşında diqqəti çəkən və təqdir olunan məqamlardan biri də şəhid olanların doğmalarına və yaralanan hərbçilərimizə yardım kampaniyası oldu.

Özünü bu vətənin övladı hesab edən hər kəs ordumuz üçün əlindən gələni etməyə çalışdı.

Bu prosesdə istisna hallar da oldu ki, onu da gördük. Məsələn, 53  saylı Quba-Qusar dairəsindən Milli Məclisinin deputatı Rafailov Anatoliy Xaimoviç öz yardımı ilə hər kəsi təəccübləndirib. pizza sifarişi

Belə ki, deputat müharibədə şəhid olan kapitan Aqil Məlikovun ailəsinə yardım adı ilə duş geli, sabun və ətir yollayıb. “Yeni Sabah” Gununsesi.info-ya istinadən şəhid evinə göndərilən “yardımın” fotolarını təqdim edir:

Buta duş gel.

Buta şampun.

L-Homme prada tester ətir. (3ədəd)

Diva tester ətir.

Sanitary antibakterial gel.

Makaron və düyü.

Bağlama şəhidin ailəsi tərəfindən bir dəfə geri qaytarılıb, deputat təzədən göndərib. Ehtimala görə, deputat şəxsi biznesini reklam edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!