YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Deputat şəhid Səbuhidən danışdı: “Axı bu, nə qanundur?”

Deputat şəhid Səbuhidən danışdı: “Axı bu, nə qanundur?”

Sosial

30 Sentyabr 2022 13:03 710


Milli Məclisin deputatı Aqil Abbas parlamentin plenar iclasında uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusunun verilməməsi məsələsindən danışıb.

“Report”un məlumatına görə, deputat çıxışında həmin şəxsə şəhid ailəsi statusunun verilməsini təklif edib.

“Axı bu, nə qanundur? Necə yəni bir var-yox qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq mənzil verilə bilər? Şəhid qardaşına iki otaq mənzil verilməsi böyük işdir? Xahiş edirəm ki, sədr (Sahibə Qafarovaya müraciətlə - red.) kimi həmin ailə diqqətə alınsın və ona iki otaq mənzil verilsin. Həmçinin şəhid ailəsi statusunun verilməsinə kömək edəsiniz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!