Deputat Səhiyyə Nazirliyini sərt tənqid elədi

saytların hazırlanması

Evə çatdırılma

Deputat Səhiyyə Nazirliyini sərt tənqid elədi

Sağlamlıq

13 Mart 2026 12:50 657


“Qonşu ölkələrdən gəlmiş və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır. Çünki ölkəmizin qanunvericiliyinə görə, həkim kimi fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyi tərəfindən diplomların nostrifikasiyası, yəni təsdiqi tələb olunur və müvafiq imtahan verilməsi nəzərdə tutulur".

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov martın 13-də parlamentdə hökumətin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, hazırda ölkədə işləyən, yaşı orta yaş həddindən yuxarı olan həkimlərin əksəriyyəti vaxtilə ordinatura təhsili alıb və bu gün çox yaxşı mütəxəssis kimi fəaliyyət göstərir: Marqarita pizza

“Bir tərəfdən ölkədə həkim çatışmazlığı mövcuddur, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlərin işlə təmin olunmasında çətinliklər yaranır. Təklif edirəm ki, bu məsələdə humanist yanaşma tətbiq edilsin və həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsi imtahan yolu ilə yoxlanılsın, bundan sonra diplomları tanınsın. Çünki ordinatura səviyyəsində təhsil aldıqlarına görə işləməyə icazə verilmədiyi halda, səkkiz il təhsil almış bir həkimdən yenidən beş il rezidentura oxumaq tələb olunur. Halbuki onların iki illik ordinatura təhsili var və rezidentura təhsili zamanı həmin iki ilin nəzərə alınması məqsədəuyğun olardı. Əks halda, bu həkimlərin yenidən təhsil alması əlavə illərin itirilməsi deməkdir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!