Deputat şirkətlərindən birini ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Deputat şirkətlərindən birini ləğv etdi

Sosial

02 Fevral 2019 23:31 1066


“Xəzər-XXI Əsr” MMC könüllü ləğv olunduğunu elan edib. 

Bu şirkətin direktoru Milli Məclisin deputatı Elxan Süleymanovdur.

“Xəzər-XXI Əsr” MMC (VÖEN 1800026701) 2003-cü ildə yaradılıb. Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, Elxan Süleymanov daha iki şirkətə rəhbərlik edir: Azərbaycan-Bolqarıstan birgə müəssisəsi “Azbol” (VÖEN 1600387231) və “Aqroinkişaf” MMC (VÖEN 1800003871). Marqarita pizza

Maraqlıdır ki, bu şirkətlərin fəaliyyət növü barədə məlumat verilmir.

Qeyd edək ki, Elxan Süleymanov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, parlamentə 85 saylı Şamaxı seçki dairəsindən seçilib. Uzun illər AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olub və bir il əvvəl bu heyətdən çıxarılıb.

Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!