Deputat Söyüdlü olayını FETÖ ilə əlaqələndirdi: “Meydan sulayırlar”

saytların hazırlanması

Evə çatdırılma

Deputat Söyüdlü olayını FETÖ ilə əlaqələndirdi: “Meydan sulayırlar”

Siyasət

23 İyun 2023 11:56 584


“Qızıl mədəni də Amerikanındır, FETÖ də Amerikada oturub”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Aqil Abbas Gədəbəydə baş vermiş hadisələrdən danışarkən deyib.

“Söyüdlüdə camaatı küçəyə çıxaran da eyni əldir, polisə qaz sıxdıran da eyni əldir. “FETÖ-çülər meydan sulayır. Media adamıyam, mən media adına danışıram. Media FETÖ-çülərin əlindən qan ağlayır. İki Rusiya vətəndaşını ora göndərən əli tapmaq lazımdır. İcra başçısı, bələdiyyə sədri niyə hiss etmirdilər ki, belə bir hadisə hazırlayırlar. Onlar oraya nə üçün qoyulub. Necə olur ki, iki nəfər Rusiyadan gəlib burada camaatı doldura bilir, onlar orada gedib camaatla danışa bilmirlər. Onların işləri də düzgün qurulmalıdır”, - deyə deputat vurğulayıb.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!