Deputat:   “Sülhməramlılarının fəaliyyətsizliyi təxribatlara yol açır”

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Sülhməramlılarının fəaliyyətsizliyi təxribatlara yol açır”

Siyasət

23 Aprel 2023 10:41 904


“Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətsizliyi və separatçılara özbaşınalıqların davam etdirilməsinə göz yumması təxribatların davam etməsinə yol açır”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, dünən Şuşanın Allahqululular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələri daşıyan torpaq yollarda yenidən minaların basdırılması nəticəsində 3 hərbi qulluqçumuzun yaralanması separatçıların növbəti təxribatıdır: pizza sifarişi

“Ermənilərin təxribatlarını davam etdirməsi ciddi tədbirlər görməyimizi tələb edir. İlk növbədə Rusiya sülhməramlılarından bu məsələ ilə bağlı izahat tələb olunmalıdır. Çünki sülhməramlılar gizli yollarla separatçılara silah-sursat daşımaqda davam edir. Halbuki 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına əsasən sülhməramlıların müvəqqəti yerləşməsi ilə paralel olaraq erməni silahlıları Qarabağı tərk etməlidilər.

Təəssüf ki, bu baş verməyib. Hətta məlumata görə, 10 minə qədər erməni hərbçinin Qarabağda qaldığı deyilir”.

“Əgər sülhməramlılar bu işi görə bilmirlərsə, Ordumuz Qarabağda antiterror əməliyyatına başlamalı və ərazilərimizdə olan erməni silahlıları tərksilah edilməlidir. Çünki, separatçıların təxribatlar törətməsinin davam etdirilməsinə imkan vermək olmaz. Hesab edirəm, antiterror əməliyyatına başlayaraq ərazilərimizi separatçılardan təmizləmək zamanı gəlib. Ermənilər ancaq başlarından dəmir yumruqla vurulararq tərbiyə olunmalıdırlar. Ermənistan və ərazilərimizdə yerləşən separatçılar görməlidirlər ki, törətdikləri hər bir təxribatın cavabı çox ciddi şəkildə verilir”, - deyə deputat qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!