“Deputat vəsiqəsini girov qoymaq etik məsələdir” - Hüquqşünas

saytların hazırlanması

Evə çatdırılma

“Deputat vəsiqəsini girov qoymaq etik məsələdir” - Hüquqşünas

Hadisə

20 Sentyabr 2019 12:18 1473


“Deputat vəsiqəsi necə girov qoyula bilər axı? Bu mülkiyyət sənədi deyil ki. Mülkiyyət hüququ verən sənədi girov qoymaq olar. Deputat vəsiqəsi girovun predmeti ola bilməz”. 

Bu sözləri “Yeni Sabah”a Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib. O, həmçinin qeyd edib ki, deputatın qüvvədə olan vəsiqəsi onun üzərində olmalıdır: 

“O özünü təqdim etmək üçün bu vəsiqədən istifadə edir. Ona görə inanmıram ki, hansısa deputat vəsiqəsini girov qoysun. Belə hal baş veribsə, bu, artıq etik məsələdir. Yəni hər hansı hüquqi məsuliyyət yoxdur”. pizza

Xatırladaq ki, deputat Rəfael Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaş aldığı 300 min ABŞ dolları borca görə III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Təranə Fətəliyeva “Yeni Sabah”a deyib ki, vəsiqənin biri onda,  digəri isə rəfiqəsindədir. Deputat vəsiqələri zəmanət kimi qoyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!