Deputat Xudafərində samovar qaynatdı – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Deputat Xudafərində samovar qaynatdı – VİDEO

Siyasət

17 Aprel 2023 09:53 2120


Milli Məclisin deputatı Razi Nurullayev işğaldan azad olunmuş bölgələrə səfər edib.

Yenisabah.az xəbər verir ki, parlamentari Cəbrayıl rayonuna səfərində İranla sərhəddə yerləşən qədim Xudafərin körpüsünə baş çəkib.

Razi Nurullayevin təbiətlə təması və sosial şəbəkə hesabında paylaşdığı görüntülər maraqla qarşılanıb. Xudafərin körpüsünün yaxınlığından cəmiyyətə xitab edən millət vəkilinin sərhəddə samovar qaynatması izləyicilərin marağına səbəb olub. İzləyicilər bu addımına görə onu alqışlayıblar. Dominos pizza

Deputat söyləyib ki, Cənubi Azərbaycanın, Xan Arazın sahilində, Xudafərin körpüsünün yanında samovar çayı qaynadıb:

“Dostlar samovar çayını içir. Mən bu günə qədər orucumu tutmuşdum, amma yollar çətin olduğuna görə bu gün tuta bilmədim. Ona görə də əlavə bir gün orucumun qəzasını tutacağam. Lakin samovar, azad olunmuş torpaqlar, güclü dövlətimiz, Xan Arazı və tarixlərin yaddaşını özünə saxlayan Xudafərin körpüsü. Bu isə ermənilərin dağıtdığı, xarabazara çevirdiyi Xudafərin kəndi. Allah Azərbaycanımızı qorusun!”

Qeyd edək ki, minlərlə sosial şəbəkə iştirakçısı tərəfindən bəyənilən həmin görüntülərin altından yazılan şərhlər arasında sosial problemlərin qabardılması diqqəti çəkib. Mövzuya aid olmasa da, bəzi iştirakçılar üzləşdikləri sosial problemləri ictimailəşdirərək deputatdan onların həllinə dəstək istəyiblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!