Deputat YAP-ın iclasında yuxuladı

saytların hazırlanması

Evə çatdırılma

Deputat YAP-ın iclasında yuxuladı

Siyasət

02 Fevral 2019 16:28 1492


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən toplantıda bu partiyadan Milli Məclisə seçilmiş bir sıra deputatlar tənqid edilib.

Tədbirdə fəaliyyətlərindən narazılıq olan bir sıra YAP-çı deputatlara xəbərdarlıq edilib.

Eyni zamanda həmin deputatlara seçicilərilə daha fəal işləmələri tövsiyə edilib. pizza hut

Sözügedən toplantıda iştirak edən Milli Məclisin YAP-dan seçilmiş deputatı, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov isə yuxulu halda görüntülənib.

Deputatın həmin fotosunu təqdim edirik:

Demokrat.Az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!