Deputat yaşayış olan evləri sakinlərin başına uçurdu –   ŞOK video

saytların hazırlanması

Evə çatdırılma

Deputat yaşayış olan evləri sakinlərin başına uçurdu – ŞOK video

Xalqın səsi

11 Sentyabr 2019 13:21 2404


Milli Məclisin deputatı, tanınmış iş adamı Əsabil Qasımov Nəsimi rayonu Mikayıl Rəfili küçəsi 17 ünvanda yerləşən binanın sakinlərinin evini sökdürür.

“Yeni Sabah” Unikal.org-a istinadən xəbər verir ki, həmin ünvanda yaşayan sakinlər bildirir ki, evdə olmadıqları vaxtda deputata aid olan "Karat” MTK şirkətinin işçiləri onların mülkünü dağıdırlar. 60 yaşlı Quliyev Aydın İmran oğlu evdən çıxan kimi, evinin söküldüyünü görüb:

“Baxın, görün məni nə günə salıblar? Bu yaşımda başıma belə bir “oyun” açacaqlarını gözləmirdim. Evimi sökməklə məni öldürdülər”. pizza sifarişi

Qeyd edək ki, tikinti şirkətlərinin Bakıda sakinləri zorla köçürtmələri artıq adi hal alıb. Bu barədə onlar Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etsələr də hər hansı bir tədbir görülmür. Pilot layihə adı ilə sakinlərin məcburi mənzilləri əllərindən alınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!