BAXCP sədri Qüdrət Həsənquliyevin Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov haqda səsləndirdiyi ittihamlarla bu dəfə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, politoloq Anar İbrahimov cavab verib.
“Yeni Sabah” xəbər verir ki, o millət vəkilinin qara PR kampaniyası apardığını, olduqca populist, dağınıq, məqsədi və məramı aydın olmayan "tənqidlər" səsləndirdiyini və söylədiklərində səmimi olmadığını qeyd edib. “Konkret olaraq, Qüdrət Həsənquliyevin "Naxçıvana o biri rayonlardan 3 dəfə çox dotasiya alır" iddiası barədə mənim hələ fevral ayının 5-də yazdığım yazıya heç bir cavab verə bilmədiyi üçün, jurnalistlər bu haqda soruşanda oxumamışam deyərək söhbətdən, polemikadan qaçır. Amma təəsüflər olsun ki, o hər yeni müsahibəsində, yazısında yenidən həmin yalan iddianı təkrar etməkdədir. Hesab edirəm ki, bu cür müzakirə tərzi və siyasi mədəniyyət 90-cı illərin əvvələrində qalmalı idi, yalan üzərində aparılan istənilən manipulyasiyaya Azərbaycanın siyasi məkanında yer verilməməlidir. Dostlardan, xüsusən də jurnalistlərdən, mediya resurslarından xahişim ondan ibarətdir ki, Qüdrət Həsənquliyevdən ona verilən cavab barədə konkret soruşsunlar, yenidən "baxmamışam", "oxumamışam" söylədikdə, aşağıdakı yazını birtəhər ona oxutdursunlar. Siyasətdə cığallıq olmaz. Bir daha səmimi olmağa dəvət edirəm””.
*** pizza hut
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov isə yazdığı məqalədə “Naxçıvanın bugünkü inkişafı kimlərisə niyə narahat edir?” adlı məqalə yazıb: “Naxçıvanda görülən işlər nədənsə baş hərfləri bir yerdə olarkən tələffüzü çətinləşən (BAXCP) partiya liderinin ürəyincə deyil. Son günlərdə sosial şəbəkələrdə boy göstərən, daha doğrusu sosial şəbəkələrin “fenomeninə” çevrilən bu partiyanın rəhbəri Naxçıvanın muxtariyyəti ilə bağlı absurd fikirlər səsləndirir.
Hələ də öz gülünc doğuran açıqlamaları ilə diqqət çəkməyə çalışan bu partiya lideri deyəsən bilmir ki, beynəlxalq hüquqi əsası olan bu müqavilələr heç vaxt ləğv oluna bilməz. O da faktdır ki, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusunun ləğvinə çalışan qüvvələrdən biri Ermənistandır. Deməli, hələ də düşmən dəyirmanına su daşıyan “qəhrəman”larımız var”.
*** pizza hut
Nuhçıxan Agentliyi isə “Faktdan böyük fakt yoxdur, yaxud saxtakar kimdir?!” başlıqlı materialda Q. Həsənquliyevin ittihamlarını sadalayaraq qeyd edib: “Biz nə saxta rəqəmləri sadalayırıq, nə də söz deyirik. Görünən kəndə bələdçi lazım deyil. Buyurun, muxtar respublikanın təkcə 2018-ci ildəki sosial-iqtisadi inkişafını bu videodan izləyin”. Və materiala videosüjet əlavə olunub.
Telegram kanalımız