Deputat yeni sərəncamdan danışdı: “50 faiz böyük rəqəmdir”

saytların hazırlanması

Evə çatdırılma

Deputat yeni sərəncamdan danışdı: “50 faiz böyük rəqəmdir”

Siyasət

26 Fevral 2019 21:08 945


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müavinətlər 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq.

Bununla bağlı “Yeni Sabah”a açıqlama verən  Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü , deputat Musa Quliyev deyib ki, il başlayandan prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir neçə sərəncamları olub:

“Yeni qərar da həmin sərəncamların davamıdır və Azərbaycan dövlətinin sosial siyasətinin məntiqi nəticəsidir. İlham Əliyev dünən keçirilən sosial-iqtisadi müşavirədə də bildirdi ki, bu cür sərəncamlar olacaq və bundan sonra əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  dövlət addımlar atacaq. Bu günki sərəncam onu göstərir ki, sosial müdafiəyə ehtiyacı olan, həssas təbəqə sayılan məcburi köçkünlərin qayğısı prezidentin diqqət mərkəzindədir. Onlara mənzillər tikilib verilir, müavinətlər ayrılır, iş yerləri açılır, sosial güzəranlarının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir.  Dördpendirli pizza

Əlbəttə 50 faiz böyük rəqəmdir. Bu artımın olması dövlətin iqtisadi gücünü göstərir. Digər tərəfdən də ölkənin sosial mahiyyətini nümayiş etdirir. Azərbaycan öz mahiyyəti etibarilə sosial yönümdə siyasət yürüdən dövlətdir. Prezidentin də dediyi kimi  dövlət siyasətinin mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı dayanır”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!