Deputatdan Bəxtiyar Paşanın Müdafiə Nazirliyinə təyinatına   REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan Bəxtiyar Paşanın Müdafiə Nazirliyinə təyinatına REAKSİYA

Siyasət

10 Dekabr 2022 22:35 5920


“Bəxtiyar Ersay paşanın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına sevindim”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Facebook" hesabında yazıb.

“O, Azərbaycan üçün şəhid Nuri Paşa qədər dəyərli şəxsiyyətdir. Orada nəhayət ki, güvəndiyimiz peşəkar birinin olması millətimiz üçün ümidverici haldır”, - deyə millət vəkili bildirib. Dominos pizza

Qeyd edək ki, türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin olunub. Lakin onun bu təyinatı ilə bağlı bu günədək heç bir məlumat yayılmayıb.

Ersoyun Azərbaycan müdafiə nazirinin müşaviri olması bu gün Müdafiə Nazirliyinin 2022-ci ilin yekunlarına dair Kollegiya iclası ilə bağlı yayılan rəsmi məlumatında yer alıb.

Bəxtiyar Ersay iclasda çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.

Xatırladaq ki, Bəxtiyar Ersay Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!