Deputatdan jurnalistlərə ağır təhqir: “Onlar ata-anasını tanımayanlardır”

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan jurnalistlərə ağır təhqir: “Onlar ata-anasını tanımayanlardır”

Siyasət

13 İyul 2022 11:20 2351


Prezident İlham Əliyevin 8 iyul tarixində Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik postuna rəy yazan deputat Razi Nurullayevin diqqətsizliyi böyük ajiotaja səbəb oldu. R.Nurullayevin Qurban bayramında ölkə başçısını Ramazan bayramı münasibətilə təbrik etməsi onun hədəfə çevrilməsilə nəticələndi. Yüzlərlə sosial şəbəkə iştirakçısı həmin rəyi paylaşaraq, deputatı sərt tənqid etdi.

Yenisabah.az xəbər verir ki, deputat redaktə səhvindən istifadə edib onu tənqid və təhqir edənləri çox sərt şəkildə təhqir edib. O, sosial şəbəkə hesabında həmin adamların valideynlərinə ağır söyüşlər ünvanlayıb:

“Mənim adımdan yalan məlumat yayanlar, istər adi insan, istər fəal, istər əldəqayırma media orqanı, kim olursa-olsun ata-anasını tanımayanlardır. Söyüş və təhqir yazanlar da eyni. Bu cür adamlar gəlsin, DNK analizlərini ödəyim, gedib ata-anasını tapsınlar”.  pizza mizza

Qeyd edək ki, R.Nurullayevin bu rəyi sosial şəbəkə iştırakçıları tərəfindən tənqidlə qarşılanıb. Onlar deputatı tənqidə dözümsüzlükdə günahlandıraraq jurnalistlərə və sosial şəbəkə iştırakçılarına ünvanladığı təhqiri ona yaraşdırmadıqlarını bildiriblər. 

Nurlan CƏFƏRİ 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!