Milli Məclisin deputatı, professor Fəzail İbrahimli Rusiyanın “Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun şef redaktoru Mətin Yaşaroğlunun milli mövqeyinə görə işdən çıxarılmasına münasibət bildirib.
Deputat deyib ki, Azərbaycanda bu cür anti-milli mövqeyli xarici KİV-in fəaliyyət göstərməsi yolverilməzdir: “Mənə elə gəlir ki, Əflatun Amaşovun parlamentdə qaldırdğı məsələ sıradan bir məsələ deyil. Bu, dövlətimizin və xalqımızın ruhuna təsir edə bilən kifayət qədər ciddi məsələdir. Hesab edirəm ki, müvafiq qurumlar, o cümlədən Əflatun Amaşovun özü bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Əflatun müəllim niyə Ombudsmana şikayət edir? O öz səlahiyyətləri çərçivəsində də bu məsələni qaldırmalıdır, ictimai rəyə təqdim etməlidir. Bunun hər hansı hüquqi forması var. Bu məsələ hüquqi müstəvidə həll olunmalıdır. Bu məsələ ilə bağlı müvafiq dövlət orqanları lazımı araşdırmalar aparıb, onun nəticələrinə uyğun olaraq ciddi addımlar atmalıdır”.
F.İbrahimli qeyd edib ki, son işdən çıxarılan jurnalistlərlə bağlı məsələ “Sputnik Azərbaycan” agentliyinin Azərbaycan dövlətinə və xalqına qarşı anti-mövqedə dayandığının sübutudur: “Bu agentliyin fəaliyyəti, ona rəhbərlik edən şəxslər ciddi araşdırılmalıdır. Həmçinin, bu agentliyi himayə edən şəxslər barəsində də araşdırmalar aparılmalıdır, ciddi ölçü götürülməlidir. Qarabağ məsələsi bizim haqq işimizdir, millətimizin ağrılı yarasıdır. Ümumiyyətlə, bu cür qurumların qarşısında Qarabağla bağlı məsələ kifayət qədər ciddi qoyulmalıdır. Bu məsələdə iqtidarın və müxalifətin mövqeyi eynidir. Bu məsələdə millətimiz bütöv və vahiddir”. pizza sifarişi
Demokrat.az
Telegram kanalımız