Deputatdan vacib açıqlama:   “Ana ölümlərinin qarşısının alınması üçün...“

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan vacib açıqlama: “Ana ölümlərinin qarşısının alınması üçün...“

Sağlamlıq

19 Sentyabr 2025 17:55 893


Ailənin möhkəmliyi qadınların sağlamlığından keçir.

Yenisabah.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli komitənin bugünkü iclasında deyib.

O, bu istiqamətdə parlamentin Səhiyyə komitəsi və aidiyyəti qurumların iştirakı ilə dinləmənin keçirilməsini təklif edib: pizza hut

"Analara və uşaqlara göstərilən tibbi yardımın keyfiyyəti və əlçatanlıq artır. Ana ölümlərinin qarşısının alınması üçün göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, doğuş-doğuşayardım müəssisələrində bu işin təşkilindəki yeniliklərlə bağlı dinləmənin keçirilməsi, məncə, aktualdır".

O vurğulayıb ki, Milli Məclisin Səhiyyə komitəsi ötən sessiyada bölgələrin birində səyyar iclas keçirib:

"Bu, çox yaxşı təcrübə oldu. Hesab edirəm ki, Ailə, qadın və uşaq məsələləri komitəsi də bu cür iclas keçirsə, məqsədəuyğun olar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!