Deputatlar bu gün ilk plenar iclasa toplaşır

Deputatlar bu gün ilk plenar iclasa toplaşır

Siyasət Veb saytların hazırlanması

01 Fevral 2019 14:49 792


Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

İclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək, 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq ediləcək, parlamentin iki komitəsinə sədr müavinləri seçiləcək.

Bundan əlavə iclasda Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, "Sosial sığorta haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında" və "Əmək pensiyaları haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Patent haqqında" və digər qanunlara əlavə və dəyişikliklər ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 38 məsələ daxildir.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!