Deputatlar “Heydər zirvəsi”nə yürüş etdilər - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Deputatlar “Heydər zirvəsi”nə yürüş etdilər - Fotolar

Siyasət

19 Noyabr 2023 16:08 668


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm ölkəmizdə, həm də xarici ölkələrdə təntənəli şəkildə qeyd edilir. Azərbaycan Respublikasının Milli Məclisi də öz növbəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenisabah.az-a bildirilib ki, “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin sədr müavini Adil Əliyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev, deputatlardan və Aparatın əməkdaşlarından ibarət bir qrup “Heydər zirvəsi”nə yürüş edib.

Yürüş noyabrın 18-də Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb. Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edərək, hörmət və ehtiramını ifadə edən yürüş iştirakçıları ağır hava şəraitinə və çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olublar.  Sezar pizza

Bir 2 kişi ve kayak yapan insanlar görseli olabilirBir 3 kişi, tırmanan insanlar, kayak yapan insanlar ve dağ görseli olabilirBir 4 kişi, tırmanan insanlar, kayak yapan insanlar, Arktika ve dağ görseli olabilir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!