Deputatlar niyə söyüş söyür?   - Psixoloqdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Deputatlar niyə söyüş söyür? - Psixoloqdan açıqlama

Maraqlı

05 Avqust 2021 11:59 2892


Sabiq deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğvi  ilə bağlı Milli Məclisdə keçirilən müzakirə maraqlı nüanslarla yadda qaldı.  

Spiker Sahibə Qafarovanın deputat Tahir Kərimliyə xitabən “Şəxsən mən sizi kabinetimə dəvət edəcəyəm. Ortada səs yazısı var. Mən özüm kabinetdən çıxacağam və sizi 10 dəqiqəlik səs yazısına qulaq asmağa məcbur edəcəyəm! Ondan sonra görüm siz belə danışa bilərsiniz, yoxsa yox?!” sözləri sözləri müxtəlif ehtimalların ortaya çıxmasına səbəb oldu.

Sabiq deputat E.Səlimovu tanıyanlar iddia edir ki, söhbət söyüşlə “zəngin” olan səsyazısından gedir. pizza mizza

Söyüş və təhqiramiz ifadələrin azərbaycanlı məmurların, deputatların leksikonunda yer alması birinci dəfə deyil. Biz sadə vətəndaşların gündəlik davranışlarında da bunu tez-tez müşahidə edirik.

Bəs görəsən, azərbaycanlılar niyə söyüş söyür? Söyüş, təhqiramiz ifadələr daxili aqressiyanı yatırmağa xidmət edir, yoxsa gündəlik vərdişdir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm deyib ki, adətən xarakteri zəif və özünə inamı itmış insanlar söyüşdən istifadə edirlər:

“Zəif xarakterli insanlar söyüşdən daha çox istifadə edirlər. Mental olaraq isə bizdə söyüşü kiçik yaşlı uşaqlara fəxr ediləsi sözlər kimi öyrədirlər. Nənə, baba nəvələrini “əmiyə, dayıya söy” sözləri ilə təhrik edirlər. Bu səhv davranışdır, uşaqda vərdiş halını ala bilir və gələcək həyatında insanın formalaşmasında böyük problem yaradır: ünsiyyət problemi, aqressiya və s.”.

Psixoloqun sözlərinə görə, söyüş aqressiyanı azaltmır:

 “Söyüş daxili aqressiyanı azaltmır, sırf pis vərdişdir. Normal düşüncəsi olan insan qarşı tərəfi sözlərlə başa salmağa çalışır. Söyüş isə aqressiya və cinayətə sövq edir. Bəzən tanınmış adamlar, siyasətçilər də rəqibə qarşı bu "silah"dan istifadə edirlər. Fikir versək görərik ki, cinayət hadisələrinin çoxu söyüşə görə baş verir və acı nəticələrlə sonlanır. Ona görə də uşaq tərbiyəsində aqressiyaya, söyüşə yer olmamalıdır. Söyüş zəiflik və bitkinlik deməkdir. Bitmiş insanlar ağzından çıxan sözün  fərqində olmur və onun üçün heç bir şeyin əhəmiyyəti olmur”. 

Əsmətxanım 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!