Deputatlar xalq üçün qan verdi

saytların hazırlanması

Evə çatdırılma

Deputatlar xalq üçün qan verdi

Sağlamlıq

12 Fevral 2026 16:21 689


Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Prezident İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara uyğun olaraq bu sahədə görülən işlərə və Birinci vitse-prezident Mehriban Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə həssas münasibətinin bariz nümunəsi olan Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramına dəstək vermək məqsədilə fevralın 12-də Milli Məclisdə könüllü qanvermə aksiyası təşkil olunub.

Milli Məclisin rəhbərliyi, deputatlar, Aparatın və İşlər idarəsinin əməkdaşları parlamentdə bu məqsədlə ayrılmış yerdə lazımi tibbi müayinədən keçdikdən sonra qan veriblər. pizza sifarişi

Aksiyada toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!