Deputatlarımız seçkilərə görə Türkiyəyə gedir

saytların hazırlanması

Evə çatdırılma

Deputatlarımız seçkilərə görə Türkiyəyə gedir

Siyasət

08 May 2023 21:38 797


Milli Məclisin bir qrup deputatı Türk Dövlətləri Təşkilatının xətti ilə mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün İstanbul şəhərinə səfər edəcəklər.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Hicran Hüseynova, deputatlar Hikmət Məmmədov, Jalə Əliyeva, İmamverdi İsmayılov, Mahir Abbaszadə, Pərvin Kərimzadə, Cavanşir Feyziyev, Sevil Mikayılova, Soltan Məmmədov, Elşən Musayev, Şahin İsmayılov, Vüqar Bayramov, Məzahir Əfəndiyev və Ramin Məmmədov beynəlxalq müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər. Sezar pizza

Deputatların səfəri mayın 16-da başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!