“Deputatların maaşı lap 10 min manat da ola bilər, olmalıdır da, amma...”

saytların hazırlanması

Evə çatdırılma

“Deputatların maaşı lap 10 min manat da ola bilər, olmalıdır da, amma...”

Siyasət

21 İyun 2022 22:57 2561


"Məmləkətdə nazirlərin maaşı lap 12 min manat da ola bilər, olmalıdır da – tək şərt onların təyin edilmiş deyil də, proporsional qaydada seçilmiş Parlamentdən çıxsınlar və onları təyin edənin deyil də, seçənlərin qarşısında hesabatlı olsunlar".

Yenisabah.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli qeyd edib.

"Ölkədə deputatların maaşı lap 10 min manat da ola bilər, olmalıdır da – yeganə şərt odur ki, seçilmiş olsunlar, Marqarita pizza

Azərbaycanda məhkəmə hakimlərinin maaşı lap 15 min manat da ola bilər, olmalıdır da – yetərki qanunlarla, ədalətlə, müstəqil qərar versinlər,

Və nəhayət, ölkədə maaşlar, təqaüdlər, sosial müavinatlar də kəskin artırılmalıdır – amma paralel olaraq azad, rəqabətli iqtisadi mühit, aşağı vergilər-rüsumlar, ədalətli məhkəmə sistemi də olmalıdır ki, maaş və təqaüdlər artan kimi inflyasiyanın, qiymət artımının “yeminə” çevrilməsin", - deyə ekpert fikirlərini bölüşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!