İngilis mütəxəssislər günəşin zərərli təsirindən qorunmaq üçün atılmalı olan addımları açıqlayıblar.
“Yeni Sabah” xarici mediaya əsasən bildirir ki, günəşdən qorunmaq üçün ən təsirli vasitənin günəş kremləri olduğu bildirilib. Lakin bu kremlərin müəyyən istifadə qaydaları mövcuddur. Bu qaydalara əməl etmədikdə, krem heç bir fayda vermir və günəş səbəbilə dəri xərçənginə yaxalanmaq riskində azalma müşahidə olunmur.
Bildirilir ki, ən az 30 SPF dərəcəsi olan günəş kremindən istifadə etmək lazımdır. Dominos pizza
Kremi bədənə çəkərkən isə ölçü çox mühümdür. Belə ki, ayaqların və qolların hər birinə 1 çay qaşığı, çiyinlərə 1 çay qaşığı, üz və boyuna isə yarım çay qaşığı krem çəkmək məsləhət görülür.
Sabrina
Telegram kanalımız