Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, qəza Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, səhər saatlarında dərsə gedən tələbə, 2002-ci il təvəllüdlü Abdullayeva Solmaz Bəhruz qızını yolu keçərkən avtomobil vurub. 17 yaşlı qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Məhrumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Marqarita pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız