Dərviş Məstəli Şahın Şəhrəbanu xanımdan istəyi: 100 bacaqlı! -   O nədir?

saytların hazırlanması

Evə çatdırılma

Dərviş Məstəli Şahın Şəhrəbanu xanımdan istəyi: 100 bacaqlı! - O nədir?

Yazar

02 Yanvar 2024 11:46 12441


Mirzə Fətəli Axundzadənin komediyasını oxumayanlar, yaxud tamaşasına baxmayanlar ən azı bir dəfə "Dərviş Parisi partladır" filmini izləmiş olarlar. Kimin yadındadır, filmdə Məstəli Şah Parisin partladılması üçün Şəhrəbanı xanımdan 100 bacaqlı istəyir? Bu sözün mənasını bilən varmı?

Nədir axı bu bacaqlı?

"Sözlük"ə baxsaq, orada qeyd olunub: "Keçmişdə Hollandiya və ya Avstriya qızıl pulu, sikkə (qadınlar bunları ipə düzərək bəzək kimi boyunlarına taxardılar). Marqarita pizza

Əslində, adı valyutanın adı dikatdır (ducat) və ilk dəfə "florin" (3,5 qr, 980 əyar qızıl) adı ilə Venesiyada zərb edilib. 

16-cı əsrdən, daha doğrusu, 1586-cı ildən zərb edilən holland ticarətinin genişlənməsi ilə bu sikkə beynəlxalq valyuta rolunu oynamağa başlayıb.

Ağqoyunlu dövründə geniş tanınan holland sikkəsinin üzərində holland dukatında (fleming) ucaboylu adam təsviri vardı, buna görə də Şərq coğrafiyasında ona “bacaqlı” (el arasında hətta "bacoğlu") deyilirdi. Bu söz türkcə "uzunayaqlı" və ya "ucaboylu" mənasını verir.

Bacaqlı XIX əsrin sonuna qədər Osmanlı, İran, Qafqaz, o cümlədən Azərbaycanda çox məşhur olub.

1800-cü illərdə Rusiya imperiyasında da zərb olunub və əsasən xarici hərbi yürüşlərdə iştirak edən Rusiya ordusunun hərbçiləri üçün nəzərdə tutulub.

1829-cu ildə Qacar vəliəhdi Abbas Mirzənin qeydlərində da əmək haqqı vahidi kimi “bacaqlı” yazılıb.

Fətəli şah Qacar dövründə Britaniya hökumətinin İrandakı elçisi Ceyms Moriyerin “Hacı Baba İsfahaninin əhvalatı” kitabında da bu sikkənin adını qeyd edilib

P.S. Məstəli şah bir məsələni yalan deyir: Paris şəhəri Əqrəb yox, Qız bürcünün təsiri altındadır.

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!