DEVA və Gələcək Partiyasının deputatları CHP fraksiyasından istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

DEVA və Gələcək Partiyasının deputatları CHP fraksiyasından istefa verdi

Siyasət

31 May 2023 18:15 891


Məlum olduğu kimi, Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərində müxalifətin "Millət İttifaqı"na daxil olan siyasi partiyalar iki proporsional siyahı ilə iştirak etmişdi. Belə ki, ittifaqa daxil olan İYİ Partiya müstəqil proporsional siyahı ilə, Cümhuriyyət Xalq Partiyası, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiya və DEVA Partiyası isə vahid siyahı ilə CHP loqosu altında seçkilərə qatılmışdı. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ümumilikdə CHP siyahısından parlamentə düşən 169 deputatdan sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlunun Gələcək Partiyasının üzvü olan 10 və keçmiş iqtisadiyyat naziri və XİN başçısı Ali Babacanın DEVA Partiyasının üzvü olan 15 parlamentari CHP fraksiyasından istefa veriblər. 

Qeyd edək ki, bir müddət əvvəl Gələcək, Səadət, Demokrat və DEVA Partiyalarının birgə müstəqil parlament fraksiyası formalaşdırması məsələsi gündəmdə idi. Hələlik bu mövzuda yekun qərar ictimaiyyətə açıqlanmayıb.  Marqarita pizza

Türkiyə qanunvericiliyinə əsasən, parlament farksiyası yaratmaq üçün partiyanın minimum 20 deputatı olmalıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!