“Devalvasiyadan danışmaq qeyri-ciddilikdir“-Elman Rüstəmov

saytların hazırlanması

Evə çatdırılma

“Devalvasiyadan danışmaq qeyri-ciddilikdir“-Elman Rüstəmov

İqtisadiyyat

01 Fevral 2019 16:57 917


“Ötən il aprel –avqust aylarında  ticarət tərəfdaşlarımız olan ölkələrin valyutalarında ciddi dəyişikliklər oldu. Bu Azərbaycana həm psixoloji, həm də müxtəlif kanallarla təsir etdi”.  

“Yeni Sabah” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Onun sözlərinə görə,hazırda devalvasiya haqqında danışmaq qeyri –ciddilikdir: “O zaman da demişdim ki, bu, heç bir fundamental xarakter daşımır. Azərbaycana heç aidiyyatı yoxdur. Həmin ölkələrdə baş verən siyasi məsələlərdən qaynaqlanan problemlər idi.  Sezar pizza

2018-ci ildə proqnozlar verilirdi ki, devalvasiya olacaq. Makroiqtisadi sabitlik və neftin qiymətinin 70 dollardan yüksək olduğu bir şəraitdə manat necə devalvasiya uğraya bilərdi? Fundamentallara baxın. Azərbaycanda devalvasiya haqqında danışmaq qeyri –ciddilikdir”.

Əsmər Qabil

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!