Dəvə fəhləni dişləyərək ayaq zərbələri ilə öldürüb

saytların hazırlanması

Evə çatdırılma

Dəvə fəhləni dişləyərək ayaq zərbələri ilə öldürüb

Maraqlı

08 Fevral 2019 13:20 1410


Fevralın 6-da Altıağac qəsəbəsində yerləşən otellərdən birində saxlanılan dəvə fəhləyə hücum edərək onu öldürüb.

Hadisə yerinə baxış keçirilib, iş üçün zəruri olan maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və ilkin izahatlar alınıb. İlkin araşdırmalarla belə nəticəyə gəlinib ki, həmin oteldə fəhlə işləyən 1961-ci il təvəllüdlü Əlibala Əliyev fevralın 5-də saat 23.00 radələrində Xızı rayonu ərazisində qeydə alınmış zəlzələdən sonra sahədə gəzişərkən dəvələrin saxlanıldığı xüsusi sahəyə daxil olub.

Cütləşmə dövrü, həmçinin baş vermiş zəlzələdən aqressivləşən dəvə Ə. Əliyevə hücum edib, onun boynunu dişləri ilə sıxaraq tövlənin pəncərəsindən içəri salıb. Dəvə fəhləni dişləyərək ayaq zərbələri ilə öldürüb. pizza mizza

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!