Dəyəri 1 milyona yaxın olan tender LƏĞV OLUNDU

saytların hazırlanması

Evə çatdırılma

Dəyəri 1 milyona yaxın olan tender LƏĞV OLUNDU

İqtisadiyyat

05 İyul 2025 12:59 432


Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elan edilmiş tender ləğv edilib.

Yenisabah.az xəbər verir ki, sözügedən tender Microsoft 365 E3 lisenziyalarının satın alınması ilə bağlı elan edilmişdi. Tender iştirakçı çatışmazlığı səbəbindən ləğv edilib.

Tenderin ehtimal olunan dəyəri 964.284,20 manat təşkil edirdi. Satınalma çərçivəsində 1.150 ədəd Microsoft Teams Enterprise və 1.150 ədəd Microsoft 365 E3 (Teams-siz versiyası) lisenziyasının alınması nəzərdə tutulurdu. Marqarita pizza

Ancaq "Dövlət Satınalmaları haqqında" qanunun 36.1.1-ci maddəsinə əsasən, müsabiqədə təklif verən təchizatçıların sayı qanunla müəyyən olunmuş üç nəfərdən az olduğuna görə prosedur dayandırılıb. Qanunvericiliyə əsasən, belə hallarda tenderin keçirilməsi mümkün olmur və satınalma dayandırılır.

Müsabiqə 5 iyun 2025-ci ildə elan olunmuşdu, təkliflərin qəbulu isə 3 iyul 2025-ci il saat 17:00-da başa tutmalı idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!