“Deyirdik ki, dünyadan köçüb gedəcəyik və Şuşanı görməyəcəyik“   - Firəngiz Əlizadə

saytların hazırlanması

Evə çatdırılma

“Deyirdik ki, dünyadan köçüb gedəcəyik və Şuşanı görməyəcəyik“ - Firəngiz Əlizadə

Mədəniyyət

13 Noyabr 2020 12:19 1269


Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.

Yenisabah.az xəbər verir ki, Modern.az saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edib.

Bu dəfə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə “Əsgərə məktub” yazıb: pizza sifarişi

“Azərbaycan Ordusu, təşəkkür edirik. Bizim nəslimiz deyirdi ki, bu dünyadan köçüb gedəcəyik və Şuşanı görməyəcəyik. Şanlı Ordumuza bizə bu səadəti bəxş etdiyi üçün minnətdarıq. Allah Ali Baş Komandanımızı, generallarımızı, əsgərlərimizi qorusun. Bizə qələbə, zəfər sevinci yaşadan hər bir kəsə təşəkkür edirəm. Allah Azərbaycanı qorusun. Qələbə çox gözəl anlayışdı. Nəhayət ki, biz bunu yaşadıq.

Əziz əsgərlər, sizə dünyanın ən gözəl arzularını diləyirəm. Sağ-salamat evlərinizə qayıdasınız. Gözəl həyat qurasınız. Prezidentimiz İlham Əliyev cəbhədə vuruşan bütün əsgərləri hər şeylə təmin edəcəyini söyləyib. Biz bilirik ki, onlara çox böyük xidmət var və bu davam edəcək. Azərbaycan vətəndaşları olaraq onlara minnətdarıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!