“Deyirlər, Azərbaycan ərazi bütövlüyümüzü pozub. Hansı ərazi bütövlüyü?”

saytların hazırlanması

Evə çatdırılma

“Deyirlər, Azərbaycan ərazi bütövlüyümüzü pozub. Hansı ərazi bütövlüyü?”

Siyasət

15 Sentyabr 2022 12:45 4561


Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun “Yeni Sabah”a müsahibəsi:

- Ermənistanın Baş naziri Nikol Paşinyan bir gün ərazində 2 mövqedən çıxış etdi. Baş nazir günorta Azərbaycanla sülh sazişinin imzalanacığını bəyan etsə də, axşam qeyd etdi ki, Ermənistanın bütövlüyünə xələl gətirən heç bir sənədə imza atılmayacaq. Paşinyanın bir gündə iki dəfə mövqeyini dəyişməsinin səbəbi nədir? Bu daxili faktorla bağlıdır, ya xarici?

- İlk növbədə, biz onların sərhədlərini götürsək, görəcəyik ki, müxtəlif sərhədləri mövcuddur. Misal üçün, Ermənistanın müstəqillik aktında göstərilir ki, Ermənistan və “Artsax” birləşdirilib və sərhədlər birləşmiş şəkildədir. Çünki aktın əsasında Ermənistanın Konstitusiyası qəbul olunub. Eləcə də Paşinyanın özü Şuşada olarkən dedi ki, “Artsax Ermənistandır və nöqtə”. O vaxt onların birgə sərhədləri həm də işğal olunmuş əraziləri əhatə edirdi. pizza mizza

Onu da qeyd etmək lazımdır ki, onlar həmin bəyanatlardan və sənədlərdən indi də imtina etmir. Hazırda isə müxtəlif mənbələrdən eşidirik ki, Rusiyanın Baş Qərargah xəritələri əsasında sərhədlər təyin edilə bilər. Onlar özləri də bilir ki, sərhədlərin delimitasiya və demarkasiya prosesinin əsası sovet sərhədlərinə bağlıdır. Ancaq hansı ilin sərhədlərin? 1920? 1929? Yoxsa, 1974? Onu ermənilərdən soruşsanız, cavab verə bilməyəcəklər.

Yəni onlar indi öz eksponsionist və anneksionist siyasətlərinin tələsinə düşüblər. İndi deyirlər ki, Azərbaycan ərazi bütövlüyümüzü pozub. Hansı ərazi bütövlüyü? Özünüz özünüzə cavab verin, biz də başa düşək ki, siz nəyi nəzərdə tuturusnuz?

- Yəni siz qeyd edirsiniz ki, Ermənistanın ərazi bütövlüyü hələ də tam təmin olunmayıb...

- İndi demək olar ki, onların ərazi bütövlüyü adlandırılan məfhum yoxdur. Çünki iki qonşu ölkənin arasındakı sərhəd orada yerləşir ki, iki ölkə qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyaraq bir-biri ilə sərhəd qururlar və ən məntiqlisi də budur. Ermənistan isə deyir ki, mən Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanımıram və Qarabağ haqqındakı məsələlər aydınlaşmalı, status və s. olmalıdır. Demək olar ki, onlar bizim sərhədimizi tanımırlar. Əgər onlar bizim sərhədlərimizi tanımırlarsa, deməli, onların da sərhədlərinin legitimliyi itir. Çünki sərhəd iki hissədən olur və dünyada bir hissədən ibarət sərhəd yoxdur.

Bu baxımdan, indi Nikol Paşinyan da bilmir nə etsin. O, gərək, cəmiyyətə açıq desin ki, biz bu siyasətdən əl çəkməliyik. Ya biz istəyirik ki, bizim ərazimiz qalsın, hansı ki, Paşinyan deyir, Ermənistanın ərazisi 29.743 kv.km-dir. Amma bu, 28.700 kv.km. arasındadır, əslinə qalsa. Yəni, əgər Paşinyan bunu desə, biz də başa düşəcəyik ki, onların Azərbaycan ərazilərində heç bir iddiası yoxdur.

Lakin Ermənistan bu gün Qarabağda olan yaraqlıları maliyyələşdirir. Siyasi baxımdan onları dəstəkləyir və həmin terrorçuları “təhlükəsizliyin təminatçısı” kimi elan edirlər. Bu da bir-biri ilə uzalaşmayan məsələlərdir.

- Paşinyanın devrilmə ehtimalı haqda iddialar çoxdur. Lakin burada 3 əsas iddia daha çox inandırıcı görünür: 1. Paşinyanın özü məcbur qalıb istefa verir və komandasından kimsə seçkilərə qədər onun vəzifəsini müvəqqəti icra edir; 2. Paşinyanın özünü devirib qətlə yetirirlər; 3. KTMT qoşunları İrəvana daxil olur və üsyanı yatıraraq Paşinyan iqtidarını devirir. Hansı ssenari daha realdır?

- Bu da böyük bir mövzudur. İndi, əslinə qalsa, orada ictimai rəy və siyasi mühitdə mübarizə gedir. Onlar bilmirlər, Rusiya ilə qalsınlar, yoxsa Qərbə getsinlər. Fikirlər səslənir ki, Rusiya bizi müdafiə edən deyil, guya ki, Qərb gəlib bunları müdafiə edəcək. Yəni söhbət onların müdafiəsindən getmir, söhbət ondan gedir ki, onların anneksionist siyasətinə kim dəstək verəcək? Məsələ bununla bağlıdır.

Yenə də o fikrə qayıtmaq istəyirəm ki, indiki baş verənlər 30 il ermənilərin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Hesab edirəm ki, Ermənistanda ciddi siyasi böhran olacaq. İkincisi isə növbəti hərbi məğlubiyyətin hesabı da siyasi hakimiyyətdən soruşulmalıdır. Çünki Vətən Müharibəsindən 2 il keçib və bu 2 ildə ordu necə ki yox idi, indi də elə yoxdur.

Qısacası, onları geopolitik tərəfdən dəstəkləyən yoxdur. Daha doğrusu, onların siyasi ambisiyalarının tərəfində duran dövlətlər mövcud deyil. Böhran artıq göz qabağındadır.

- Son olaraq, Nikol Paşinyana qarşı olan güclü təzyiqlərin səbəbi birbaşa Ermənistanın daxilindən qaynaqlanır, yoxsa Rusiyanın burada barmağı var?

- Burada qarşıdurma var. Qərb istəyir ki, Ermənistanı Rusiyanın himayəsindən çıxarsın, Rusiya isə istəyir ki, orada qalsın. Amma bunlar Rusiyadan soruşanda ki, bizə pul, silah ver və s. Deyir ki, mənim imkanım yoxdur. Qərb də deyir ki, sən Rusiyadan əl çəkməyəcəksənsə, mən sənə kömək edən deyiləm. Yəni ortada qalıblar. Taktiki baxımdan isə bu hadisələrin arxasında kim durursa-dursun, bu, bir o qədər vacib deyil. Ola bilər ki, hansısa dövrdə Rusiya dayansın, hansısa mərhələdə isə Qərb qüvvələri. Qısacası, bu toqquşma qaçılmazdır.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!