Azərbaycan Diasporuna Dəstək Fondu ilə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
“Yeni Sabah” xəbər verir ki, memorandumun məqsədi dünyanın müxtəlif ölkələrində məskunlaşmış Azərbaycan və Türk icmalarının inkişafına, qarşılıqlı əməkdaşlıq əsasında, dəstək verməkdir.
Tərəflər xaricdə yaşayan Azərbaycan və Türk icmalarının inkişafı istiqamətində aktual məsələlərin birgə müəyyən edilməsi, eləcə də icmaların müxtəlif sahələr üzrə mütəxəssislərinin şəbəkələşməsinə qarşılıqlı dəstək vermək barədə razılığa gəliblər. pizza mizza
Həmçinin, tərəflər Azərbaycan və Türk icmalarının inkişafına xidmət edən müzakirələrin, seminarların və digər tədbirlərin təşkili, Azərbaycan və Türkiyə iqtisadiyyatına qarşılıqlı investisiya qoyuluşlarının təşviqi istiqamətində layihələr də həyata keçirəcəklər.
Telegram kanalımız