Dieqo və Frida “Gənclik” stansiyasında

saytların hazırlanması

Evə çatdırılma

Dieqo və Frida “Gənclik” stansiyasında

Mədəniyyət

06 Noyabr 2019 11:14 1402


XX əsrin görkəmli şəxsiyyətlərindən olan meksikalı rəssam Frida Kalo və Meksikada onun özü qədər tanınmış simalardan olan Dieqo Riveranın 90-dan artıq əsərlərindən ibarət sərgisi Meksikanın Azərbaycan səfirliyinin təşəbbüsü ilə Meksika həftəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından iştirakı ilə Bakı metropoliteninin “Gənclik” stansiyasının keçidlərində keçiriləcək.

“Bakı Metropoliteni” QSC-dən "Yeni Sabah"a daxil olan məlumata görə, incəsənət tarixinin ən çox müzakirə olunan cütlüyünün unikal sərgisinin açılış mərasimi 2019-cu il noyabrın 7-də saat 11:00-da “Gənclik” stansiyasında olacaq. Tədbir bütün dünyada populyar olan Meksika milli musiqisi Mariaçi ilə müşayiət ediləcək.

2002-ci ildə Dieqo Rivera və Frida Kalonun ev muzeylərində keçirilən sərgidən sonra, ilk dəfə Bakıda nümayiş etdiriləcək və altı ay davam edəcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!