Müğənni Şəhbəm Tovuzlunun “Amerika Avropanın paytaxtıdır” deməsi sosial şəbəkələrdə gündəm mövzusu olmuşdu. Bu azmış kimi müğənni özünə bəraət qazandırmaq üçün “Mən də bilirəm ki, Amerikanın paytaxtı Nyu-Yorkdur” deməsi alovun üstünə benzin tökmək kimi oldu.
Bu hadisənin fonunda sosial şəbəkələrdə sənət adamlarında dünya görüşünün olmaması, intellektsiz olmaları ilə bağlı fikirlər səsləndi.
“Yeni Sabah” bu məsələyə aydınlıq gətirmək üçün sənət adamlarına paytaxtlarla bağlı üç sual verdi. Əksər müğənnilər isə bu sualdan boyun qaçırdılar. Bu da sosial şəbəkələrdə səslənən fikirlərin doğru olmasını təsdiqlədi. Pepperoni pizza
Lakin intelletkinə güvənən müğənnilər suallarımızı dinləyib cavabladı. Biz sadəcə onlardan Belçika, Argentina və Yaponiyanın paytaxtlarını soruşduq ki, bəzi sənətçilər kimi deməsinlər ki, biz bu ölkələri haradan tanıyaq.
Abbas Bağırovun cavabları
1.Belçika – Amsterdam (səhv)
2.Argentina – Buenos Ayres (düz)
3.Yaponiya – Tokio (düz)
Baloğlan Əşrəfovun cavabları
1.Belçika – Brüssel (düz)
2.Argentina –bilmirəm
3.Yaponiya – Tokio (düz)
Nüşabə Ələsgərlinin cavabları
1.Belçika – Brüssel (düz)
2.Argentina – Rio-de Janeyro (səhv)
3.Yaponiya – Tokio (düz)
Faytonçu Nazim
1.Belçika – Brüssel (düz)
2.Argentina – Buenos Ayres (düz)
3.Yaponiya – Tokio (düz)
Qeyd edək ki, hətta bir müğənni bizi aldatmaq məqsədi ilə sualları səsləndirdiyimiz anda telefonu cavablandırmaq üçün qızına verdi.
Əcəmi Əsədulla
Telegram kanalımız